İran bankı Bakı meriyasını məhkəməyə verdi - TƏFƏRRÜAT

İran bankı Bakı meriyasını məhkəməyə verdi - TƏFƏRRÜAT
  • İqtisadiyyat

  • “Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

    Asiya.az
    xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

    Üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti göstərilib.

    Məhkəmə iddianı qismən təmin edib.

    Qərardan narazı qalan Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır./Report/
    PAYLAŞ:

    Oxşar xəbərlər