Roza Zərgərli əməliyyat olunacaq

Roza Zərgərli əməliyyat olunacaq
  • Mədəniyyət

  • Müğənni .

    Asiya.az
    axşam.az-a istinadən xəbər verir ki, sənətçi ayağındakı problemə görə bıçaq altına yatacaq. Əməliyyata dörd peşəkar cərrah girəcək. Onlardan ikisi Türkiyədən dəvət olunub. Digər iki nəfər isə ölkəmizdəki peşəkar cərrahlardır.

    Zərgərli bildirib ki, əməliyyat ayın 6-da keçiriləcək:

    "Uzun müddətdir ayağımda problem var. Bu ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək.

    Ümid edirəm ki, yaxşı keçəcək. Həkimlər buna ciddi hazırlaşıblar. Əslində, çoxdan əməliyyat olunmalı idim. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım".

    Qeyd edək ki, sənətçi əvvəlcə bu ilin mayında İsraildə əməliyyat olunmalı və endoprotez qoyulmalı idi. Buna görə də müğənni iki dəfə plastik əməliyyat etdirib, çəkisini azaltdırıb.

    "Sonra Cərrah Vüsal Mahmudovla tanış oldum, müayinədən keçdim. İsraildəki əməliyyatı ləğv etdik" deyə, R.Zərgərli əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər