“İrəli” sədri İsmayıllıya icra başçısı göndərilir?

“İrəli” sədri İsmayıllıya icra başçısı göndərilir?
  • Siyasət / Manşet

  • İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

    İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidovun İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin olunması gözlənilir.

    Asiya.az xəbər verir ki. bu barədə Qaynarinfo-ya məlumatlı mənbədən informasiya daxil olub.

    İsmayıllı rayonunun keçmiş başçısı Mirdamət Sadıqov 14 fevral 2013-cü ildən bu vəzifəni tutur. 69 yaşlı Mirdamət Sadıqovun səhhətində də müəyyən problemlər var.

    Qeyd edək ki, Mirhəsən Seyidov 1989-cu ilin 15 iyununda Bakı şəhərində anadan olub. 2014-cü ildən İrəli İctimai Birliyinə rəhbərlik edir. 30 yaşlı Mirhəsən Seyidov Azərbaycan Gənclər Fondunun, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Müşahidə Şurasının üzvü olub. 2019-cu ildən Türk Şurası Gənclər Platformasının Prezidentidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər