"İnsanları koronavirusdan xilas etmək uğrunda dünyasını dəyişənlərə şəhid adı vermək olar" - Azərbaycanlı ilahiyyatçı

  • Cəmiyyət, Manşet

  • İranda virus səbəbi ilə ölən tibb işçiləri “şəhid” adlandırılacaq...


    İranın Səhiyyə Naziri Said Nemekinin verdiyi koronavirusdan ölən tibb işçilərinin şəhid sayılması təklifi Ayətulla Əli Xomeyni tərəfindən təsdiqlənib. İranda indiyədək 13 həkim və tibb bacısı Covid-19 səbəbi ilə həyatını itirib. Belə ki, ölkədə yeni tip koronavirus nəticəsində dünyasını dəyişən səhiyyə işçiləri “vəzifə şəhidi” sayılacaq.

    Qeyd edək ki, İranda virus səbəbi ilə 291 nəfər həyatını itirib, 8042 nəfər virusa yoluxub.

    Məsələyə azərbaycanlı ilahiyyatçılar da münasibət bildirib. DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, insanları koronavirusdan xilas etmək uğrunda dünyasını dəyişənlərə şəhid adı vermək olar:

    “Bu günlərdə ali məqamlı İslam müctəhidləri koronavirusun müalicəsi zamanı dünyasını dəyişən tibb işçilərini şəhid adlandırdılar. ”Şəhid" haqq yolunda öz canını qurban verən şəxsə deyilir. Koronavirus bəlası ilə mübarizədə, xüsusilə onun bioloji silah olması da ehtimal olunduğunu nəzərə alaraq, bu yolda canını fəda edən şəxs sanki öz xidmətini yerinə yetirərkən Allah hüzurunda haqqın uğrunda çalışdığını bəyan etmiş olur. Allah tezliklə bəşəriyyətin üzləşdiyi bu bəladan qurtulmanı nəsib etsin və bu yolda xidməti olan hər bir şəhidin ali savabını versin".

    Onu da qeyd edək ki, İranda rəsmən şəhid adına layiq görülənlərin ailələrinə müavinətlər və başqa dövlət yardımları verilir".
    PAYLAŞ:

    Oxşar xəbərlər