Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuşların qrafiki açıqlandı - SİYAHI

Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuşların qrafiki açıqlandı - SİYAHI
  • Sosial

  • Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı çarter reyslər ayrılacaq.

    Türkiyənin Azərbaycandakı səfirliyindən "Report”a verilən məlumata görə, 15 mart tarixində Türkiyədən Azərbaycana iki reys həyata keçiriləcək.

    TK 332 IST-GYD - 08:55 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

    TK 334 IST-GYD - 16:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

    Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün isə 15 martda iki reys həyata keçiriləcək.

    TK 333 GYD-IST - 13:45 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

    TK 335 GYD-IST - 20:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları
    PAYLAŞ:

    Oxşar xəbərlər