Masallıdan olan gənc sahibkar Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək oldu

Masallıdan olan gənc sahibkar Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək oldu
  • Sosial / Manşet

  • Masallıdan olan gənc iş adamı Ağa Soltanov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat vəsait köçürüb.

    Asiya.az xəbər verir ki, ayrılan vəsait qlobal infeksiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində aparılacaq mübarizə tədbirlərinin həyata keçirilməsinə xərclənəcək.

    "Bu sınaq günlərində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmini dövlətimizin əsas prinsiplərindəndir. Bu prinsiplərin qorunması təkcə hökümətin deyil, eyni zamanda özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir.
    Xalqımızın sağlamlığı üçün mən də bacardığım dəstəyi verdim. Ölkəmizdə olan bütün sahibkarları, maddi durumu yaxşı olan vətəndaşları bu mübarizəyə qoşulmağa çağırıram” – Gənc sahibkar Ağa Soltanov Asiya.az-a danışarkən belə deyib.

    Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər