Polis maşınının üstündə şəkil çəkdirən şəxsin cəzası bəlli oldu- FOTO

Polis maşınının üstündə şəkil çəkdirən şəxsin cəzası bəlli oldu- FOTO
  • Hadisə

  • Bakıda Dövlət Yol Polisinə məxsus xidməti maşınların üzərinə çıxaraq şəkil çəkdirən şəxsə 15 sutka cəza verilib.

    Asiya.az
    Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərin üzərinə çıxan şəxslə bağlı məhkəmənin qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cü il təvəllüdlü Nicat Mustafayevmüəyyən olunaraq saxlanılıb.

    Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

    Polis maşınının üstündə şəkil çəkdirən şəxsin cəzası bəlli oldu- FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər