Akif Çovdarov həbsdən çıxandan sonra ilk dəfə danışdı (FOTO)

Akif Çovdarov həbsdən çıxandan sonra ilk dəfə danışdı (FOTO)
  • Cəmiyyət

  • Prezident İlham Əliyev tərəfindən 6 aprel 2020- ci ildə imzalanan əfv fərmanı ilə azadlığa buraxılan ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarov artıq evindədir.

    Koronavirus pandemiyası ilə bağlı əfvə düşən şəxslər bir neçə gün xüsusi karantin rejimində qalıb.

    Asiya.az
    xəbər verir ki, Gununsesi.org-un əməkdaşı hazırda evində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda çəkilən ilk fotosunu əldə edib.

    "Uzun müddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” - sualına Akif Çovdarov belə cavab verib:

    "Mən Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağ olun”.

    Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

    O, Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub.

    Mənbə: Report və Gununsesi.org

    Akif Çovdarov həbsdən çıxandan sonra ilk dəfə danışdı (FOTO)
    Akif Çovdarov həbsdən çıxandan sonra ilk dəfə danışdı (FOTO)

    PAYLAŞ:

    Oxşar xəbərlər