“Ramazanda Evdə qal!” aksiyası keçirildi – Masallıda (FOTO)

“Ramazanda Evdə qal!” aksiyası keçirildi – Masallıda (FOTO)
  • Sosial / Araşdırma

  • Masallı rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejmi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.

    Ramazan ayı olmasına baxmayaraq məlum səbəblərdən məscidlər qapalıdır. Bu baxımdan inanclı insanlar öz ibadətlərini evlərində edirlər.

    Asiya.az xəbər verir ki, “Ərkivan Xeyriyyə Cəmiyyəti” bu məqsədlə 1 may 2020-ci il tarixində Masallı rayonu Ərkivan qəsəbəsində “Ramazanda Evdə qal!” adlı xeyriyyə aksiyası keçirib.
    Aksiya zamanı qəsəbədə yaşayan 40 aztəminatlı, yaşlı və tənha insanlara, işsiz, imkansız ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verilib.
    Ərzaq bağlamaları könüllülər tərəfindən aztəminatlı ailələrə yaşadıqları ünvanlarda çatdırılıb.

    “Ramazanda Evdə qal!” aksiyası keçirildi – Masallıda (FOTO)
    “Ramazanda Evdə qal!” aksiyası keçirildi – Masallıda (FOTO)
    “Ramazanda Evdə qal!” aksiyası keçirildi – Masallıda (FOTO)

    DİQQƏT! “Ərkivan Xeyriyyə Cəmiyyəti” etik səbəblərdən və reklam məqsədi güdmədiyindən ərzaq bağlamaları verilən aztəminatı ailələri, onların evlərinin və həyətlərinin FOTO və VİDEO görüntülərini yayımlamır!
    PAYLAŞ:

    Oxşar xəbərlər