Azərbaycanda salonlar və bərbərlər belə işləyəcək - Yeni qaydalar

Azərbaycanda salonlar və bərbərlər belə işləyəcək - Yeni qaydalar
  • Sosial / Manşet

  • Pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib.

    Asiya.az
    -ın "koronavirusinfo.az" saytına istinadən məlumatına görə, xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş Dövlət Sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

    Qaydalarda bildirilir:


    • Onlayn növbə qəbul sisteminin tətbiqi;

    • Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;

    • İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

    • Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;

    • Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

    • Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;

    • Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

    • Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;

    • Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;

    • Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər