Nura Suri ikinci ərinin də fotosunu paylaşdı: “Cəmi 1 ay evli olub” - Fotolar

Nura Suri ikinci ərinin də fotosunu paylaşdı: “Cəmi 1 ay evli olub” - Fotolar
  • Mədəniyyət

  • Müğənni Nura Suri illər əvvəl cəmi 1 ay evli olduğu həyat yoldaşının fotosunu paylaşıb.

    Sənətçi keçmiş həyat yoldaşlarının görüntüsünü yayıb. Ötən gün isə Nura hicablı şəklini paylaşaraq, ərinin üzünü gizlədib. O, fotoya "Bu evlilik həyatımdakı ən böyük səhvim idi. Nə yaxşı ki, uzun çəkmədi" deyə, yazıb.

    Bildirilir ki,sözügedən fotodakı şəxs sənətçinin ikinci həyat yoldaşı olub. O, azərbaycanlı imiş. Cütlüyün toyu 2005-ci ildə baş tutub. Cəmi 1 ay çəkib.

    Nura Suri ikinci ərinin də fotosunu paylaşdı: “Cəmi 1 ay evli olub” - Fotolar

    Qeyd edək ki, bir neçə gün öncə Nura keçmiş həyat yoldaşı Ali Surini yanağından öpdüyü zaman 21 il əvvəl qeydə alınan şəklini “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

    Hamilə olduğu zaman Yeni il gecəsində çəkilən fotoya müğənni belə şərh verib:

    Nura Suri ikinci ərinin də fotosunu paylaşdı: “Cəmi 1 ay evli olub” - Fotolar

    “1999-cu ildən 2000-ci ilə keçən gün. İkinci övladım Möhsenə hamilə olarkən çəkilib. Keçmiş həyat yoldaşımla bir zamanlar bir-birimizi sevirdik”.

    Nura Suri ikinci ərinin də fotosunu paylaşdı: “Cəmi 1 ay evli olub” - Fotolar

    “Bu şəkil 1997-1998 Yeni il-də çəkilib” başlığı ilə paylaşılan fotonun şərh yerində isə müğənni əlavələr edib. “Original şəkil. Yanımda keçmiş həyat yoldaşımdır. Biz xarici ölkədə yaşayırdıq. Mən işləmirdim və çox gənc idim. Bu şəkildə artıq 1 övlad anası idim” deyə müğənni əlavə edib. Fotonu təqdim edirik:

    Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.

    Nura Suri ikinci ərinin də fotosunu paylaşdı: “Cəmi 1 ay evli olub” - Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər