DTX bu nazirlikdə əməliyyat keçirir, yüksək vəzifəli məmurlar saxlanıldı (RƏSMİ-ADLAR/YENİLƏNİB)

DTX bu nazirlikdə əməliyyat keçirir, yüksək vəzifəli məmurlar saxlanıldı (RƏSMİ-ADLAR/YENİLƏNİB)
  • Siyasət / Manşet

  • Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar var.

    Asiya.az
    lent.az-a istinadən xəbər verir ki, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb.

    Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    ***

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

    Asiya.az
    xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər