Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO

Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO
  • Olay

  • Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Asiya.az
    -ın Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

    Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

    Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

    Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.

    Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.

    Faktla bağlı araşdırma aparılır.
    Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO
    Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər