Millət vəkili Məşhur Məmmədovdan Respublika günü təbriki!

Millət vəkili Məşhur Məmmədovdan Respublika günü təbriki!
  • Araşdırma / Cəmiyyət

  • Millət Vəkili Məşhur Məmmədov 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Asiya.az
    millət vəkilinin təbrikini təqdim edir:

    "Əziz həmvətənlər, Respublika Günü münasibətilə sizi təbrik edirəm!
    102 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq kiçik bir zaman kəsiyini əhatə etməsinə baxmayaraq, xalqımızın azadlıq mücadiləsinin və dövlət qurmaq bacarığının göstəricisi kimi mühüm tarixi əhəmiyyətə malikdir.
    Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir.
    Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq. Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm".

    Millət Vəkili Məşhur Məmmədov
    PAYLAŞ:

    Oxşar xəbərlər