İcra başçısı donuzları kimin qabağına qovdururmuş?

İcra başçısı donuzları kimin qabağına qovdururmuş?
  • Araşdırma / Cəmiyyət

  • “Vüqar Səfərli bizim qəzetdə - “Hürriyyət” qəzetində işləyib. Texniki işçi idi, qovduq. Kasıb, acından ölənin biri idi...”

    Asiya.az
    xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

    “Qardaşım Qurban Məmmədov Vüqar Səfərliyə iş verdi. Maxinasiya ilə məşğul olduğuna görə qovduq. Sonra hansısa xətlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edildi. Biz bu adamları çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısının bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi...” – S.Cəlaloğlu qeyd edib.

    Həmin dönəmdə Şamaxıya Asif Ağayev rəhbərlik edirdi. Hansı ki hazırda Beyləqanın icra başçısıdır.(pravda.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər