Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan 3 nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:
"Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenat rütbəsi verilib. Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.
Qeyd edək ki, N.Məmmədxanlı və T.Hacıyev bu sərəncama qədər polis polkovniki rütbəsi daşıyıb.