Yasamal qəbiristanlığında molla BAKU.TV-nin əməkdaşına hücum etdi - VİDEO

Yasamal qəbiristanlığında molla BAKU.TV-nin əməkdaşına hücum etdi - VİDEO
  • Olay / Asiya TV

  • Dünən baku.tv-nin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən və Yasamal qəbiristanlığı kimi tanınan ərazidə çəkiliş aparıblar.

    Asiya.az
    xəbəbr verir ki, bu zaman qəbiristanlıqda mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kanalın operatoruna hücum edib.

    Operator Elgün Hümbətova müxtəlif bədən xəsarətləri yetirilib. Əməkdaşlarımıza hücum edən şəxs hətta başqalarına da zəng edərək hədə-qorxu gəlib.

    Maraqlıdır ki, mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kimlərə güvənir? Necə deyərlər, üstümüzə kimi gətirəcəkdi?

    Dəyən ziyan təkcə bununla da qalmayıb. Eyni zamanda kanalın texniki avadanlıqlarına ciddi ziyan dəyib. Hər şeyi bilən dırnaqarası mollanın, yəqin ki, KİV haqqında qanundan xəbəri yoxdur. Bilmədiyinə görə biz deyək, o da eşitsin.

    KİV nümayəndələrinin təhlükəsizliyi və hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq tərəfindən qorunur.

    Hər halda Azərbaycan polisi də qanuni tələbləri izah edib, haqqında lazımi şəkildə tədbir görəcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər