Ermənilər 4 Azərbaycanlı tələbəni güllələdi- YENİLƏNİB (VİDEO+FOTO))

Ermənilər 4 Azərbaycanlı tələbəni güllələdi- YENİLƏNİB (VİDEO+FOTO))
  • Manşet / Olay / Asiya TV

  • Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbə ermənilər tərəfindən güllələnib.

    Asiya.az xəbər verir ki, bu barədə Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli məlumat verib.

    Onun sözlərinə görə, hadisə dünən axşam saatlarında baş verib. İ.Camalbəyli bildirib ki, Azər AbbasovNicat Kərimov adlı tələbələrimiz yaralanıb.

    Onlardan biri 1990, biri 2000-ci il təvəllüdlüdür. Tələbələr Kiyevin Milli Texnologiya Dizayn Universitetində təhsil alırlar.

    Hadisə Kiyevin mərkəzindəki Kanavaltse, 36 V küçəsində, “Monte Kiddi Kapuletti” restoranı yaxınlığında baş verib.

    Azərbaycanlı gənclərə yaxınlaşan ermənilər son təxribatlarla bağlı replikalar atıblar, təxribata çəkiblər, mübahisə düşüb.

    Bundan sonra 50RV100 erməni nömrəli nişanlı "Mercedes Gelandewagen”dən tələbələrə atəş açılıb. İki tələbə ayağından yaralanıb, xəstəxanaya yerləşdiriliblər.

    Onların vəziyyəti orta stabil qiymətləndirilir. Jurnalistin sözlərinə görə, Ukraynadakı səfirimiz Elmira Axundova, konsulluq əməkdaşları, jurnalistlər tələbələrə baş çəkiblər. Hazırda cinayəti törədən şəxslər polis tərəfindən axtarılır.

    ***


    Kiyevdə dörd azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.

    Asiya.az
    xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.

    “Bu xəbəri eşidən kimi mən və Diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır ”



    Ermənilər 4 Azərbaycanlı tələbəni güllələdi- YENİLƏNİB (VİDEO+FOTO))
    Ermənilər 4 Azərbaycanlı tələbəni güllələdi- YENİLƏNİB (VİDEO+FOTO))
    Ermənilər 4 Azərbaycanlı tələbəni güllələdi- YENİLƏNİB (VİDEO+FOTO))
    Ermənilər 4 Azərbaycanlı tələbəni güllələdi- YENİLƏNİB (VİDEO+FOTO))
    PAYLAŞ:

    Oxşar xəbərlər