Azərbaycanda dəhşət: Qardaş 4 uşaq anasını kanalda boğaraq öldürdü

Azərbaycanda dəhşət: Qardaş 4 uşaq anasını kanalda boğaraq öldürdü
  • Hadisə

  • Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Asiya.az
    xəbər verir ki, Şabran rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla hadisəni zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyənləşib.

    Şabran rayonunda qadının qardaşı tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub.

    Rayonun Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.

    Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib. Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub.

    Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.

    Beləliklə, L.Müseyibova su kanalında boğularaq ölüb.

    Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər