Beynəlxalq axtarışa verilən şəxslər hansı ölkələrdə yaşayır? - SİYAHI

Beynəlxalq axtarışa verilən şəxslər hansı ölkələrdə yaşayır? - SİYAHI
  • Cəmiyyət / Manşet

  • Xəbər verdiyimiz kimi, Avropada yaşayan azərbaycanlılar Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

    Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.

    Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

    Asiya.az xəbər verir ki, azxeber.com adıçəkilən şəxslərin hansı ölkələrdə yaşadıqları ilə bağlı araşdırma aparıb.

    Siyahıda olan Orduxan Bəbirov hazırda Niderlandın paytaxtı Amsterdamda yaşayır. O sosial şəbəkə hesabında radikallar çağırışları ilə tanınır.

    Siyahıda digər şəxs isə Qurban Məmmədovdur. Qurban Məmmədov son günlər Azərbaycanda olan mülkləri ilə gündəmə gəlib. O hazırda İngiltərədə yaşayır.

    Haqqında cinayət işi açılan şəxslərdən biri də Orxan Ağayevdir. "Youtube"də Hüseyn TV telekanalını idarə edən bu şəxs Almaniyada yaşayır.

    Adı siyahıda olan digər şəxs isə Rafael Piriyevdir. Daha çox "facebook"da aktiv olan bu şəxs isə hazırda Fransanın paytaxtı Parisdə yaşayır.

    "Azad söz" internet telekanalının rəhbəri Tural Sadıqlı da Almaniyada yaşayır. Onun telekanalı isə daha çox "youtube"də aktivdir.

    Siyahıda adı olan digər Süleyman Süleymanlı da Avropada yaşayır və daha çox söyüş, təhqirdolu "youtube" videoları ilə tanınır.

    Bu şəxslər "youtube” və "facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər