Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR

Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
  • Sosial / Araşdırma

  • Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatı zamanı şəhid olan baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadə və əsgər Musa Əlövsət oğlu Mustafayev bu gün Masallı rayonunda torpağa tapşırıldı.

    Səhər saatlarında şəhid baş leytenantla vida mərasimi onun doğulduğu 1-ci Yeddioymaq kəndində keçirildi.
    Şəhid baş leytenant orduda tank komandiri olaraq xidmət göstərib. Əlimərdan Quluzadənin qardaşı da hazırda könüllü olaraq cəbhədə döyüşür. Şəhidimizin iki azyaşlı qızı ondan yadigar qaldı.

    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR

    Günorta saatlarında şəhid əsgər Musa Mustafayevlə vida mərasimi isə onun doğma kəndi Xoşçobanlıda keçirildi.
    Beş bacının bir qardaşı olan Musanın hərbi xidməti başa vurmasına 3 ay qalmışdı.

    Asiya.az xəbər verir ki, Şəhidi son mənzilə yola salmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli sakinlər, ictimayət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

    Hər iki şəhid böyük izdihamla son mənzilə yola salınıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov hər iki şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağını öpərək onların atalarına təhvil verib. İcra başçısı bildirib ki, “Bu bayraqda oğlunuzun ruhu var, qoxusu var. Mən bu bayrağı öpərək sizə təhvil verirəm. Bu bayraq evinizin ən əziz yerində olmalıdır. Qoy şəhidimizin qoxusunu almaq istəyənlər bu bayrağı öpsünlər”.

    Cəfər Cəfərov, Asiya.az




    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
    Masallıda iki şəhid torpağa tapşırıldı - VİDEO /FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər