Emin Əmrullayev brifinqdə bir çox məsələlərə aydınlıq gətirdi: “Təhsil müəssisələrində karantin yox, tətil elan olunub”

Emin Əmrullayev brifinqdə bir çox məsələlərə aydınlıq gətirdi:  “Təhsil müəssisələrində karantin yox, tətil elan olunub”
  • Sosial

  • "Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”.

    Asiya.az
    xəbər verir ki, bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, bu, karantin deyil, ənənəvi qaydada tətildir:

    "Noyabr ayında ənənəvi tətil olacaqdı. Biz, sadəcə, həmin günləri qabağa çəkmişik.

    Ermənistanın hücumuna məruz qalan Gəncə, Naftalan, Tərtər, Bərdə və digər rayonlarda 340 min şagird təhsil alır. Eyni zamanda, Bakı, Sumqayıt, Abşeronda da təhsil alan şagirdlərin sayı çoxdur. Yoluxmanın qarşısının alınması üçün bu addım atılır.

    İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək”.

    Nazir bildirib ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günləri istifadə edilir:

    "Bu tətil hər mənada mövcud təqvim günləri əsasında tətbiq olunur”

    “Nazirlər Kabinetinin bu qərarı yalnız təhsil müəssiəslərinə aiddir. Repetitor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.

    Onun sözlərinə görə, təhsil işçilərinin iqtisadi durumuna mənfi təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.

    Nazir həmçinin təhsil haqqı ilə bağlı güzəşt olub olmayacağına da aydınlıq gətirib
    .

    Nazir bildirib ki, hazırda insanlar işlərinə davam edirlər, koronavirusun artması ilə əlaqədar iş yerləri bağlanmır, məvaciblər verilir və iqtisadi təsir hələlik yoxdur. Buna görə də təhsil haqqlarına güzəşt nəzərdə tutulmur.

    O bildirib ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilir və bu say artırılacaqdır.

    “Bu həftələr ərzində məktəbə gəlmiş 25 faiz şagird koronavirusa yoluxub. Bir neçə məktəbdə müəllimlər arasında kütləvi yoluxma hadisəsinə rast gəlinib. 546 şagird və 186 müəllim koronavirusa yoluxub”.

    Deyə nazir Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu dəqiqələrdə keçirilən brifinqində səsləndirib. Nazirin sözlərinə görə, iri şəhərlərdə yoluxma daha risklidir.

    “Yoluxmaya görə ilk bağlanan məktəb Quba rayonunda olub. Ancaq Bakı və Sumqayıt şəhərlərinin əhalisi çox olduğu üçün burada yerləşən məktəblər daha risklidir”, - deyə o, bildirib.

    “Pandemiya ilə bağlı yaşı 65-dən yuxarı olan müəllimlər təhsil ocaqlarına gəlməməlidir”.

    Daha sonra nazir “Yəqin ki, vəziyyət dəyişdikdən sonra bu müəllimlər təhsil ocaqlarına öz işlərinə qayıdacaqlar”,- deyə qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər