Türkiyənin hərbi qüvvəsi Azərbaycandadır...

Türkiyənin hərbi qüvvəsi Azərbaycandadır...
  • Sosial

  • "Rusiya ilə də Azərbaycanın münasibətləri elə səviyyədədir ki, indi 30 il öncəki kimi proseslərə yanaşmaq doğru deyil".

    Asiya.az
    xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, Azərbaycan indi Rusiya ilə münasibətlərini daha sağlam zəmində qurmalıdır:

    Türkiyənin hərbi qüvvəsi Azərbaycandadır...

    "Əvvəllər bizim Rusiya ilə münasibətlərimizdə problem yaradan məsələ daha çox torpaqların işğalı idi. Amma indi biz çalışmalıyıq ki, Rusiya bu neytrallığı qorusun. Hərbi əməliyyatlar prosesində Rusiya bunu göstərdi. Ona görə bu məsələdə narahat olmağa əsas yoxdur, normal bir prosesdir. Azərbaycanın da burada maraqları maksimum olmasa da, hər halda kifayət qədər təmin olunub. Torpaqlar da azad olunub, Qarabağda da idarəçilik Azərbaycan tərəfinindir".

    Fazil Mustafa Türkiyənin də bu prosesin içində olduğunu qeyd edib:

    "Azərbaycan tək deyil. Sülhməramlı nədir? Eyni zamanda Türkiyənin hərbi qüvvəsi Azərbaycanda təlimdədir. Həmin proses bu gün də davam edir. Ona görə də onların gəlməsinə ehtiyac yoxdur. Türkiyənin Azərbaycana dəstəyi tamdır".
    PAYLAŞ:

    Oxşar xəbərlər