Qazi Vüsal: Əsəbiləşəndə başım əsməyə başlayır, sözləri deyə bilmirəm - VİDEO

Qazi Vüsal: Əsəbiləşəndə başım əsməyə başlayır, sözləri deyə bilmirəm - VİDEO
  • Sosial / Asiya TV

  • "Noyabrın 10-u gecə saatlarında sosial şəbəkələrdə xəbər yayıldı ki, Prezident xalqa müraciət edəcək. Biz xəstəxanada olanda toplaşdıq televizorun önünə. Prezident qələbə xəbərini verəndə açılmayan qolumu açıb qışqırdım. Heç bilmirəm ki, onu necə etdim"

    Asiya.az
    xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Böyük Vətən Müharibəsinin qazisi Vüsal Rzayev Qəhrəman oğlu deyib.

    O döyüşlərlə bağlı xatirələrini bölüşüb:

    "İlk gedəcəyim yer yaralandığım yer olacaq. Mən Cəbrayıl-Qubadlı istiqamətində yaralandım. Çox istəyirəm oralara gedim. Artıq orada silah səsləri yox, qələbə səslərini eşidəcəm"

    Qazimiz deyib ki, əsəbiləşəndə sözləri deyə bilmir: "Gecələr anidən yuxudan oyanıram. O anlar yadıma düşür. Gedirəm mətbəxdə otururam. Əsəbiləşəndə başım başlayır əsməyə, sözləri deyə bilmirəm".

    Həmin videomüsahibəni təqdim edirik:

    PAYLAŞ:

    Oxşar xəbərlər