Asiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın gənc güləş komandasının məşqçisi Betal Qubjev özünün “Instagram” səhifəsində paylaşım edib.
“Ginnesin Rekordlar Kitabının rekordçusu, Kabarda-Balkariya Respublikasının ilk sumo güləşçisi Cambulat Xatoxov vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Qubjev yazıb.
21 yaşlı C.Xatoxovun ölüm səbəbi açıqlanmır.
Məlumata görə, C.Xatoxov 2003-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. İki yaşında 34 kiloqram çəkisi olan Xatoxov yeddi yaşında – 115, on üç yaşında – təxminən 180 kiloqram ağırlığında idi.//apa