Anar İsgəndərov üçün özəl gün - FOTOLAR

Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Bu gün səmimi, sadə, ziyalı, vətənpərvər bir insanın, Tarix elmləri doktoru, professor, millət vəkili Anar İsgəndərovun 65 yaşı tamam olur.

    Anar İsgəndərov cəmi 11 aydır ki, Parlamentə deputat seçilməsinə baxmayaraq ən fəal millət vəkillərindən biri kimi tanınır. O, ölkənin qanunvericilik orqanında təmsil olunmazdan öncə tarix elmi sahəsində çox parlaq simalardan biriydi.

    Tarix elmləri doktoru, professor Anar İsgəndərov ilk dəfə olaraq 90 il ərzində 1918-ci ilin mart soyqırımı ilə bağlı yazılmış əsərləri dövriyyəyə cəlb etmiş və tarixşünaslıq baxımından onların elmi təhlilini vermişdir. Bədnam qonşularımızla müharibə illərində Qarabağ həqiqətlərini dünya ictimaiətinə çatdırmışdır.

    Anar İsgəndərov Millət vəkili seçildikdən sonra da ictimai-siyasi fəaliyyəti ilə yanaşı hər zaman xalqın, seçicilərinin yanında olaraq, onların qayğıları, sosial problemləri ilə maraqlanır, həlli yollarında öz köməyini əsirgəmir.
    Xüsusəndə Karonavirus pandemiyası tuğyan etdiyi vaxtlarda və Vətən Müharibəsi günlərində öz fəallığı ilə seçilən millət vəkillərindən olub.

    Asiya.az xəbər verir ki, Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. 1973-1978-ci illərdə BDU-nun tarix fakültəsində ilk ali təhsilini alıb. 1978-1982-ci illərdə əvvəlcə Boradigah qəsəbə orta məktəbində, sonra isə Kolatan orta məktəbində tarix müəllimi işləyib.

    1982-1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Fəlsəfə" kafedrasında kabinet müdiri vəzifəsində çalışıb.
    1984-cü ilin martından Bakı Dövlət Universitetinin tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasında çalışmağa başlamışdır.
    1989-1999-cu illərdə tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
    1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
    1989-cu ildə tarix üzrə fəlsəfə doktoru, 2004-cü ildə isə tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnib.
    2005-ci ildə professor elmi adı alıb.
    Professor Anar İsgəndərov Respublikada və Respublikadan kənarda 1917-1920-ci illər Azərbaycan tarixinin görkəmli mütəxəssislərdən biri kimi tanınır.
    Görkəmli tarixçi hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının və “YAŞAT” Fondu Himayəçik Şurasının üzvüdür.

    Professor Anar İsgəndərov dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələr etmişdir.
    1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə "Altun" medalı ilə təltif olunmuşdur. 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı", 2009-cu ildə isə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
    2016-cı il yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə III dərəcəli "Vətən xidmətə görə" ordeni ilə təltif olunub.
    2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
    2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif edilib.
    Anar İsgəndərov 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən millət vəkili seçilib.

    "Asiya.az" xəbər portalının kollektivi olaraq ictimai xadim, alim, ziyalı, əsl millət vəkilini doğum günü münasibətilə təbrik edir, ona uzun, sağlıqlı, bərəkətli ömür arzulayırıq.
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    Anar İsgəndərov üçün özəl gün - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər