Nazirin 2, deputatın 1 şirkəti ləğv olundu - FOTO

Nazirin 2, deputatın 1 şirkəti ləğv olundu - FOTO
  • Cəmiyyət / Manşet

  • Yanvarın 18-də Azərbaycanda 6 şirkət ləğv olunub.

    Asiya.az
    xəbər verir ki, ləğv olunan şirkətlərin ikisinin qanuni təmsilçisi eyni şəxsdir. Belə ki, "Auto EUİ Azerbaijan” və "Prof Trade Service” MMC-nin qanuni təmsilçisi Tahir Cəmil oğlu Muradovdur.

    Şirkətlərin hüquqi ünvanı fərqli olsa da, mediada hər iki MMC-nin "Gilan Holding”ə aid olduğu bildirilir.

    İddialara görə, Tahir Muradovun atası Cəmil Muradov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xalası oğludur və o, nazirin biznesini idarə edən əsas şəxsdir.

    Nazirin 2, deputatın 1 şirkəti ləğv olundu - FOTO

    Ləğv olunan şirkətlərdən biri də deputat İqbal Məmmədova məxsus "Azqazservis” MMC-dir.

    Nazirin 2, deputatın 1 şirkəti ləğv olundu - FOTO

    Onlara qarşı bütün maliyyə tələbləri iki ay ərzində təqdim edilməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər