Müharibə başlamasa Maştağa xilas olacaqmış?.. (FOTO/VİDEO)

Müharibə başlamasa Maştağa xilas olacaqmış?.. (FOTO/VİDEO)
  • Sosial / Asiya TV

  • Bir neçə gün öncə yağan qarın əriməsi nəticəsində Maştağa qəsəbəsi H.Heybətov küçəsini su basıb.

    Asiya.az
    xəbər verir ki, bununla bağlı N.Heybətov küçəsinin sakinləri məktub ünvanlayıb. Sakinlərin sözlərinə görə, səviyyə qalxdığından evləri də su basıb:

    "Bu barədə "Azərsu" ASC-in "955” qaynar xəttinə, Sabunçu RİH, Maştağa bələdiyyəsi, Sabunçu RİH Maştağa qəsəbəsi nümayəndəliyinə, FHN-nə məlumat vermişik. Maştağa bələdiyyəsindən və FHN "112” xəttindən bizə bildirdilər ki, "gedin torpağı kimdən almısınızsa, ona deyin, gəlib suyu çəksin". Odur ki, Prezident İlham Əliyevə müraciət etdik. Bu, çirkab suları deyil, yağıntı və qrunt sularıdır. Hər dəfə kiçik bir yağıntı olanda belə, biz bu vəziyyətə düşürük. Artıq illərdir, oktyabr-aprel aylarında bu şəraitdə yaşayırıq”.

    Maştağa qəsəbəsinin bələdiyyə sədrinin müavini Ağazakir Abdullayev açıqlamasında bildirib ki, ərazidə kanalizasiya xətti olmadığından bu problem illərlə yaşanmaqdadır:

    "Maştağa qəsəbəsində kanalizasiya sistemi yoxdur. Bizə həmin küçədəki problemlə bağlı müraciət daxil olmayıb. Qar, yağış yağır, sular da yığılır. Kanalizasiya sistemi yoxdursa, bələdiyyə ona nə etsin? Suyu hara vuraq? Kiminsə evinin qarşısına su vurmaq olar? Kanalizasiya sistemi həll olunana kimi bu problem qalacaq. Dövlət proqarmında 2020-ci ilə kimi kanalizasiya xəttinin çəkiləcəyi nəzərdə tutulmuşdu. Amma vətən müharibəsi başladı, odur ki, məsələ qaldı”. (Qaynarinfo)



    Müharibə başlamasa Maştağa xilas olacaqmış?.. (FOTO/VİDEO)
    Müharibə başlamasa Maştağa xilas olacaqmış?.. (FOTO/VİDEO)
    PAYLAŞ:

    Oxşar xəbərlər