Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb
  • Olay

  • Bakının Xətai rayonunda 29 yaşlı oğlan küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Asiya.az
    xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.

    1992-ci il təvəllüdlü Səlimov Ələkbər İnqilab oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
    PAYLAŞ:

    Oxşar xəbərlər