Qənirə Paşayeva Tovuz şəhidi Elbrus Yusifovun həyat yoldaşı ilə görüşüb - FOTO

Qənirə Paşayeva Tovuz şəhidi Elbrus Yusifovun həyat yoldaşı ilə görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Ağdam kənd sakini, Vətən Müharibəsinin şəhidi Elbrus Şəmsi oğlu Yusifovun həyat yoldaşı Günay Elşən qızı Yusifova ilə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

    “Əziz Günay xanım,
    Sizin həyat yoldaşınız Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Biz siz şəhid ailəsi üzvlərinə çox minnətdarıq! Şəhidimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Elbrus Yusifov müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi quluqçusu idi.
    Kəşfiyyatçı kiçik çavuş Elbrus Yusifov 2020-ci ilin iyulundakı Tovuz döyüşlərinin də iştirakçısı olub. Vətən Müharibəsində isə Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə şəhid olub.
    Sizin iki övladınız var; inanırıq ki onlar atalarının adına layiq böyüyərək layiqli övlad və Vətənimiz üçün layiqli vətəndaş olacaq.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!
    Qənirə Paşayeva Tovuz şəhidi Elbrus Yusifovun həyat yoldaşı ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər