Amerikalı milyarder yeni şəhər qurur

Amerikalı milyarder yeni şəhər qurur
  • Dünya, Maraqlı

  • Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər yaradır.

    Asiya.az
    xəbər verir ki, Mask bu barədə öz “Twitter” səhifəsində “Texas, Starbeyz şəhərini qururam”, - yazıb.

    Sahibkar şəhərin “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çika kəndindən daha böyük bir əraziyə sahib olacağını bildirib. Bundan başqa, Mask qeyd edib ki, bu şəhərdə itlərlə “çox” yaxşı rəftar olunacaq və onun rəhbəri “doja” (İtalyancadan “doge” sözünü xatırladan, ingilis dilində “dog” - it) titulunu daşıyacaq.

    Ötən ilin sonlarında İ.Mask Kaliforniyadan Texasa köçdüyünü açıqlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər