Paşinyan istefa verəcəyi tarixi açıqlayıb

Paşinyan istefa verəcəyi tarixi açıqlayıb
  • Dünya

  • Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib.

    Asiya.az
    bildirir ki, bu barədə “RİA Novosti” agentliyi xəbər yayıb.

    Paşinyan görüşdə belə deyib:

    “Bəli, yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim getməyim deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm".

    Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini söyləmişdi.//Apa
    PAYLAŞ:

    Oxşar xəbərlər