Rüstəm Muradov Qarabağdan geri çağırıla bilər - Erməni mediası

Rüstəm Muradov Qarabağdan geri çağırıla bilər - Erməni mediası
  • Dünya

  • Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.

    Asiya.az
    modern.az-a istinadən xəbər verir ki, bunu "Joğovurd" qəzeti ayzıb. Onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

    "Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər", - deyə qəzet yazır.

    Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.

    Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiəı naziri Sergey Şoyquya təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər