Masallıda motosikletlə minik avtomobili toqquşdu, ölən var - VİDEO

Masallıda motosikletlə minik avtomobili toqquşdu, ölən var - VİDEO
  • Manşet / Olay / Asiya TV

  • Masallı rayonunda motosikletlə minik avtomobili toqquşub, 63 yaşlı sürücü dünyasını dəyişib.

    AsiyaTV
    xəbər verir ki, qəza rayonun Xırmandalı kəndində baş verib. Belə ki, həmin kəndin sakini 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun idarə etdiyi “Ural” markalı motosikletlə, Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1995-ci il təvəllüdlü Əlirza Rzayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə motosiklet sürücüsü ağır travmalar alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər