Yaponiya Marsın peykinə kosmik gəmi göndərməyə hazırlaşır - VİDEO

Yaponiya Marsın peykinə kosmik gəmi göndərməyə hazırlaşır - VİDEO
  • Maraqlı

  • Yaponiya 2024-cü ildə Marsın Fobos peykinə kosmik gəmi göndərmə ehtimalını nəzərdən keçirir.

    NHK-nın məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Yosihide Sugi bəyan edib.

    "Kosmos - insanlara xəyallar və ümidlər verən sərhəddir, eyni zamanda gələcəyin iqtisadiyyatı və cəmiyyətini dəstəkləyən təməldir. Bugünkü qərar əsasında lazımi tədbirləri gücləndirəcəyik”, - deyə o bildirib.

    Kosmik gəminin Fobosa Yaponiyanın Aerokosmik Agentliyi (JAXA) tərəfindən göndərilməsi planlaşdırılır.

    Marsın peykindən 2029-cu ilədək torpaq nümunələrinin alınması və dünyaya çatdırılması planlaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər