Göyçayda şəhid atası susuz qalıb - VİDEO/FOTOLAR

Göyçayda şəhid atası susuz qalıb - VİDEO/FOTOLAR
  • Sosial / Araşdırma

  • Göyçay rayonunda özbaşınalıq baş alıb gedir. Rayonda həll edilməyən problemlərə görə isə ən çox əziyyət çəkən sakinlərdir.

    Asiya TV
    xəbər verir ki, belə sakinlərdən biri də rayonun Üngütlü kənd sakini, Vətən müharibəsində şəhid olmuş Fərid Nadirovun atası İlyas Nadirovdur.

    Fərid İlyas kişinin yeganə övladı olub. Övlad acısı ilə alışıb yanan İlyas kişi bir yandan da sosial problemlər içində yaşayır.

    Şəhid atası bildirir ki,
    “İçməli suyun olmamasına görə çox əziyyət çəkirik. Hansı ki, kənddə həmişə bol suyu olan evimə yaxın artezan quyusunda su yoxa çıxıb. Evimizdən təxminə 800 metr aralıda olan artezan quyusundan su gətirib işlədirik. Buna görə çox əziyyət və zülm çəkirəm. Bir neçə il öncə ehtiyatsızlıqdan sağ qolum sınıb. Hazırda qolum tam olaraq normal fəaliyyət göstərmədiyindən sınıq qolla su daşımaq mənim işimi daha da ağırlaşdırır.”

    Şəhid atası və digər kənd sakinləri su probleminin həll edilməsi üçün dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə və Göyçay rayon Su Kanal İdarəsinin rəhbərliyinə müraciət etsələr də hər dəfə “problem tezliklə həll ediləcək” cavabı ilə aldadılıblar.

    Şəhid atası qarşılaşdığı problemlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istədiyini bildirib.
    Göyçayda şəhid atası susuz qalıb - VİDEO/FOTOLAR
    Göyçayda şəhid atası susuz qalıb - VİDEO/FOTOLAR
    Göyçayda şəhid atası susuz qalıb - VİDEO/FOTOLAR
    Göyçayda şəhid atası susuz qalıb - VİDEO/FOTOLAR
    Göyçayda şəhid atası susuz qalıb - VİDEO/FOTOLAR
    Xəbər yayımlanandan sonra Göyçay Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı Asiya.az-a açıqlama verib.
    Həmin açıqlamada deyilir:
    "Şəhid atasının yaşadığı ünvana 300 metr məsafədən yeni su xətti çəkilib, lakin su şəbəkəsində lazımi təzyiq yaranmadığından su təminatı mümkün olmayıb. Mövcud problemin həllinə qədər şəhid ailəsinin içməli su ilə təmin olunması üçün su maşını ilə həyətində olan su çəninin dolduruması təklif olunub, lakin o, bu köməklikdən imtina edib."
    PAYLAŞ:

    Oxşar xəbərlər