İmişlidə bıçaqlanma hadisəsi baş verib - VİDEO

İmişlidə bıçaqlanma hadisəsi baş verib - VİDEO
  • Manşet / Olay

  • İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Asiya TV
    xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində İmişli rayonunun Qaradonlu kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Nəsirov Elsevər Əli oğlu qayınları - Qaradonlu sakinləri, 2001-ci il təvəllüdlü Nəsirov Nurlan Allahyar oğlunu və onun qardaşı 1998-ci il təvəllüdlü Nəsirov Əmrah Allahyar oğlunu bıçaqlayıb. Hər iki qardaş Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Əmrah Nəsirov daxili qanaxma diaqnozu ilə əməliyyata götürülüb. Qayınlarının bıçaqlayan Elsevər Nəsirov daha sonra bıçaqla özünə də xəsarət yetirib.
    Elsevər Nəsirov polis tərəfindən saxlanılıb.
    Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər