Azərbaycanda iki yeniyetmə qız kanalda boğuldu - VİDEO

Azərbaycanda iki yeniyetmə qız kanalda boğuldu - VİDEO
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, sentyabrın 6-da Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

    Müraciətlə əlaqədar Fövqalada Hallar Nazirinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Həyata keçirilən axtarış tədbirləri nəticəsində Arifə Niftəliyeva və Fatimə Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər