Prezident yeni rektor təyin etdi - SƏRƏNCAM- Foto

Prezident yeni rektor təyin etdi - SƏRƏNCAM- Foto
  • Sosial / Manşet

  • Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub.

    Asiya.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

    Ceyhun Valeh oğlu Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olib. O, Xəzər Universitetində təhsil alıb, ilahiyyat üzrə fəlsəfə doktorudur.

    C.Məmmədov AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib. Bu təyinatadək isə o, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

    Modern.az-ın məlumatına görə, C.Məmmədov ölkə başçısına ona etimad göstərdiyinə görə təşəkkür edib.


    Prezident yeni rektor təyin etdi - SƏRƏNCAM- Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər