Bakıda dəhşətli hadisə: təzə kostyum geyinib, özünü öldürdü

Bakıda dəhşətli hadisə: təzə kostyum geyinib, özünü öldürdü
  • Olay

  • Bakıda dəhşətli intihar hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən bağ evinin həyətində yaşayan “Kolya” ləqəbli şəxs özünü asaraq intihar edib. Sənədləri olmadığından 65-70 yaşlı həmin şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

    Bəlli olub ki, “Kolya” 20 ilə yaxındır, imkanlı şəxslərdən birinin Maştağadakı bağında yaşayıb və həyət-bacaya baxıb. Xristian dininə mənsub olan həmin şəxs qonşuluqda yaşayan şəxslərdən həmişə qəfil ölərsə, onu kostyumda, üzü qırxılmış və təmiz ayaqqabıda dəfn edilməsini xahiş edirmiş.

    O, intihar edərkən də dediyi kimi edib. Yuyunub, üzünü qırxan “Kolya” təmiz kostyum, köynək və ayaqqabı geyinib, daha sonra özünü asaraq həyatına son qoyub.

    Qonşuluqda yaşayanlar “Kolya”nın heç kimi olmadığını, arabir spirtli içki içdiyini və sakit təbiətli insan olduğunu deyiblər.

    Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər