Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?
  • Maraqlı, Araşdırma

  • Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır.

    Asiya.az publika.az-a istinadən ordusu olmayan ölkələri təqdim edir:

    Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur.

    İslandiya:
    Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.

    Monako: 17-ci əsrdə silah texnologiyasındakı tərəqqisindən dolayı ordusundan imtina etdi. Lazım olan vəziyyətlərdə qorunması Fransaya aiddir.

    Kosta Rika: Ölkənin konstitusiyasına görə, 1949-cu ildən bəri ölkədə ordunun olması qadağandır.

    Andorra: 3 iyun 1993-cü ildəki müqaviləyə görə, lazım olduğu təqdirdə ölkənin hərbi cəhətdən qorunması İspaniya və Fransa tərəfindən təmin edilir.

    Mikroneziya: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

    Grenada: 1983-cü ildə ABŞ-ın işğalı ilə başlayan dövrdən bəri ölkədə ordu yoxdur. Yalnız yerli təhlükəsizlik qüvvələri mövcuddur.

    Kiribati: Kiçik ölkədə təhlükəsizlik üçün yalnız polis var. Ölkənin qorunmasına ehtiyac yaranarsa, Yeni Zelandiya və Avstraliya ordusu hərəkətə keçəcək.

    Lixtenşteyn:
    1868-ci ildən bəri qorunması İsveçrə tərəfindən zəmanət altındadır.

    Marshall Adaları: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

    Nauru: Təhlükəsizlikdən Avstraliya məsuldur.

    Palau: Heç bir zaman ordusu olmadı. Amerikada xüsusi birliklərlə razılaşdı. Ölkədə ədalət üçün çalışan 30 hüquqşünas var. Cinayət nisbəti sıfır səviyyəsindədir.

    Solomon Adaları: 1998-2006-ci illər arasında etnik qarşıdurmalar yaşanması nəticəsində Avstraliya və digər Sakit okean ölkələri araya girərək sülhü təmin etdi. Ordusu yoxdur.

    Saint Lucia:
    Ada ölkəsinin təhlükəsizliyini 116 nəfərlik polis təşkilatı qoruyur.

    Saint Vincent və Grenadines: Böyük Britaniya ordusu ilə razılaşdı. Təhlükəsizliyini 94 nəfərlik bir qurum təmin edir.

    Samoa: 1962-ci ildə müstəqilliyini qazandığından bəri ordusu yoxdur. Yeni Zelandiya ilə bir anlaşması var. Buna görə orduya ehtiyacı olduğunda Samoanı Yeni Zelandiya ordusu qoruyacaq.

    Tuvalu: Böyük Britaniyadan 1978-ci ildə ayrıldığından bəri ordusu yoxdur. Ölkədə yalnız kiçik bir polis təşkilatı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər