Baş redaktorun qardaşına YAP-da vəzifə verildi — FOTO

Baş redaktorun qardaşına YAP-da vəzifə verildi — FOTO Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında vəzifə verilib.


Demokrat.az xəbər verir ki, bu barədə Rasim Quliyevin qardaşı olan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib.


B.Quliyev qardaşına göstərilən etimada görə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədova təşəkkür edib:


"Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova qardaşım Rasim Quliyevi yenidən katiblikdə işə dəvət etdiyinə görə dərin minnətdarlığımı bildirirəm.


Xatırladım ki, qardaşım 1988-93 -cü illərdə tələbə hərəkatının liderlərindən olub və siyasi mövqeyinə görə dəfələrlə "siyasi məhbus" həyatı yaşayıb. Müxtəlif dövrlərdə jurnalistika və siyasətlə məşğul olub və 2001-ci ildən 2018-ci ilin dekabrına qədər Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.


Qardaşım 3 aylıq işsizlikdən sonra yenidən YAP-ın Mərkəzi Aparatında fəaliyyətə başladı. Mən qardaşımla fəxr edirəm. Çünki, o fərqli bir insandır: saf, təmiz, gözütox, əxlaqlı, imanlı, savadlı və sairə....


Uğurlar arzulayıram, qardaşım!".


Qeyd edək ki, 2018-ci ilin sentyabrında Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad edilərək, Xarici Əlaqələr Departamentinə sədr təyin olunub. Onun yerinə isə yeni Aparat rəhbəri Elgün Həbibullayev təyin edilib.


Baş redaktorun qardaşına YAP-da vəzifə verildi — FOTO

Oxşar xəbərlər