Bakıda dəhşətli qətl: Qayın gəlinin başını kəsdi

Bakıda dəhşətli qətl: Qayın gəlinin başını kəsdi Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Asiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.

Hadisə nəticəsində A.Kazımova ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər