Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı- Bakıda

Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı- Bakıda Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Asiya.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.

Belə ki, 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.

Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Oxşar xəbərlər