Alman polisi 7 azərbaycanlı barəsində həbs qərarı seçilib

Alman polisi 7 azərbaycanlı barəsində həbs qərarı seçilib Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7 azərbaycanlının barəsində həbs qətimkan tədbiri qərarı seçib.

Virtualaz.org bildirir ki, Azərbaycandan olan 27, 34, 37 və 39 yaşlı yeddi vətəndaşa qarşı polisə müqavimət ittihamı ilə həbs qərarı verilib.

Məlumata görə, digər 38 yaşlı azərbaycanlı isə İtaliyaya deportasiya olunması üçün hazırda həbsdədir.

Qeyd edilir ki, azərbaycanlılarla yanaşı 28 yaşlı bir nigeriyalı da həbs edilib.

Xatırladaq ki, Almaniyanın Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında kütləvi dava baş verib. Qarşıdurma zamanı 3 düşərgə gözətçisi və 2 polis əməkdaşı daxil olmaqla 9 nəfər yaralanıb. Eyni zamanda qaçqın düşərgəsinin binasına ciddi maddi ziyan vurulub.

Oxşar xəbərlər