"İlk qola qədər yaxşı oynamırdıq" - Çiçarito

Əla nəticədir. Vurduğum qol möhtəşəm və çox önəmli idi.

Asiya.az matc.az-a istinadən xəbər verir ki, bunu "Sevilya"nın hücumçusu Xavyer Ernandes deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Bakıda "Qarabağ"a qarşı keçirən Əndəlüs təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı açan Çiçarito bunun qələbədə böyük rol oynadığını bildirib: "İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Sonradan daha 2 qol vurub qələbəni qazandıq. Ümid edirəm ki, bütün komandamız və baş məşqçimiz göstərilən oyuna görə xoşbəxtdi. Uğura ac, eyni zamanda həyəcanlıyam. Təbii ki, uğursuz nəticə olduqda bunda hamının səhvi olur. Ümid edirəm ki, belə matçlar çox az olacaq".

Çiçarito həftəsonu La Liqada "Real"la vacib oyunlarının olacağını əlavə edib: "Komandada güclü rəqabət var. Bu da bizi daha yaxşı vəziyyətə gətirir. Oyun keyfiyyətlərimizi getdikcə daha da yüksəldəcəyik. Bir neçə gündən sonra "Real"la matçımız var. Bu, təkcə mənim üçün yox, bütün "Sevilya" üçün xüsusi oyundu".

Oxşar xəbərlər