Bakıda daha bir yol çökdü - FOTO

Bakıda daha bir yol çökdü - FOTO Binəqədi-Novxanı avtomobil yolunda Azərsu ASC-ə məxsus su borusunda qəza baş verib.

Asiya.az xəbər verir ki, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.

Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.


Bakıda daha bir yol çökdü - FOTO

Oxşar xəbərlər