Lerik rayonu Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi - FOTOLAR

Lerik rayonu Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi - FOTOLAR Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.

Asiya.az xəbər verir ki, Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin əhalinin sosial problemlərinin həlli istiqamətində verdiyi müvafiq sərəncamları hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir və razılıqla qarşılanmışdır.

Sonra rayon icra hakimiyyətinin başçısı respublikamızın inkişafı, o cümlədən, rayonumuzda aparılan abadlıq-quruculuq işləri barədə geniş məlumat verdi.
Görüş-qəbulda vətəndaşlar tərəfindən 13 məsələ qaldırıldı. Vətəndaşlar əraziyə gələn və ərazidaxili elektrik xətlərinin təmirinə, Blaband və Lüləkəran kəndlərində yeni məktəb binasının tikintisinə, ərazidə içməli su probleminin həllinə, Blaband kəndində yeni EATS-in quraşdırılmasına, Lüləkəran kəndində tibb məntəqəsinin açılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən bir neçəsinin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.


Lerik rayonu Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi - FOTOLAR
Lerik rayonu Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi - FOTOLAR
Lerik rayonu Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi - FOTOLAR

Oxşar xəbərlər