"Sabina" parfümeriya-kosmetika mağazalar şəbəkəsində vaxtı keçmiş məhsullar satılır - GİLEY

"Sabina" parfümeriya-kosmetika mağazalar şəbəkəsində vaxtı keçmiş məhsullar satılır - GİLEY
  • Araşdırma / İqtisadiyyat / Manşet

  • “Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsində ötən ilin tarixində istehsal olunan məhsullar satılır”.

    Asiya.az xəbər vrir ki, bu barədə BiG.AZ- şikayət daxil olub. Aynurə Həsənova adlı şəxs şikayət edərək bildirib ki, utilizasiya ediləsi məhsulları endirimlə camaata satırlar:

    ““Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsinin Metroparkda yerləşən filialından endirimlə dodaq parıltısı aldım. Mağazadan çıxdıqdan sonra məhsulun üzərində istifadə müddətinin 2018-ci ilin 1 yanvar tarixində bitdiyinin yazıldığını gördüm. Təbii ki, məhsulu qaytarıb pulumu geri aldım. Baxmayaraq ki, mən şikayət etmişdim, mağazada belə məhsulların satışının davam etdiyini gördüm”.

    Şikayətlə bağlı “Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsinin Metroparkda yerləşən filialı ilə əlaqə saxladıq. Mağazanın rəhbəri Altay Məmmədov Big.az-a açıqlama verərək bildirib ki, belə halların baş verməsi normaldır:

    “Ola bilər ki, mağazada istehsal müddəti bitmiş məhsul olsun. Çünki, indi endirimlər vaxtıdır və alıcılar çox olur. Qarışıqlıq olur. Yəqin ki, məhsullar qarışıb. Amma biz tez-tez yoxlama işləri aparırıq. Bir neçə gündür ki, yeni yoxlama işləri aparırıq. Və belə məhsullar aşkarladığımız zaman mağazadan yığışdırırq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər