Xoruldamağa başlamaq bu xəstəliklərin xəbərçisidir İnsanı öldürə bilər

Xoruldamağa başlamaq bu xəstəliklərin xəbərçisidir İnsanı öldürə bilər Tibdə adı obstruktiv apnoe olan kəskin xoruldamaq ciddi xəstəliyin əlaməti ola bilər, xüsusən əvvəldən xoruldamayıb, sonradan başlayanlar diqqətli olsun.

LOR həkimlər bildirirlər ki, xoruldama bir xəstəlik və kliniki pozulmadır.

Xoruldama zamanı insan yuxuda ikən tənəffüs dayanır və ya pozulur, bu zaman 1-2 saniyə ərzində beyin və orqanlara oksigen axını və karbon qazının çıxması dayanır. Nəticədə beyin oyanma rejiminə keçir, qısa müddətə ayılır və tənəffüs yollarına siqnal göndərir və prosesi bərpa edir.

Bir gecə boyu bu proses 3-5 dəfə təkrarlana bilir, ona görə insan normal yuxu almır, gün ərzində baş ağrısı, halsızlıq, yuxululuq, diqqət pozuntusu halları yaşayır.

Bu halın uşaqlarda baş verməsi daha dəhşətlidir. Əgər uşaq yuxuda lazımi qədər oksigen almırsa, səhər narahat, hiperaktiv, iştahsız və aqressiv olacaq.

Ağır halda insan yuxuda ikən ürəyi oksigensizlikdən dayana bilər və tibdə belə hallar baş verib.

Ona görə də istər uşaqlarda, yeniyetmələrdə, qadın və kişilərdə kəskin xoruldamaq varsa, mütləq LOR və nevroloqa müraciət edib, səbəbi araşdırmaq lazımdır.

Medicina.az

Oxşar xəbərlər